Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar 5 saatlıq bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar 5 saatlıq bağlanacaq

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollar 5 saatlıq bağlanacaq

210368

7 Sentyabr saat 22:00-dan 8 sentyabr saat 03:00 - dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçiriləcəkdir.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Yerüstü Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcəkdir.

"Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar.

Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcəkdir", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO