l sinfə və məktəbəhazırlıq qruplarına qəbul olunmuş uşaqların sayı AÇIQLANDI

l sinfə və məktəbəhazırlıq qruplarına qəbul olunmuş uşaqların sayı AÇIQLANDI

Hazırda oxunan: l sinfə və məktəbəhazırlıq qruplarına qəbul olunmuş uşaqların sayı AÇIQLANDI

210296

Ölkə üzrə l siniflərə 130 763 nəfər, məktəbəhazırlıq qruplarına isə 84 367 nəfər uşaq qəbul olunub 

Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, 2024-2025-ci tədris ili üzrə birinci sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul prosesinin sona çatmasına az qalıb. 

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər. 

Qeyd edilib ki, qeydiyyat prosesinin son günü 13 sentyabr 2024-cü il, saat 18:00-dır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO