Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunan Vüqar Mirzəzadə KİMDİR? – DOSYE

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunan Vüqar Mirzəzadə KİMDİR? – DOSYE

Hazırda oxunan: Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri təyin olunan Vüqar Mirzəzadə KİMDİR? – DOSYE

210290

Xəbər verdiyimiz kimi, Vüqar Mirzəzadə rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib. 

Bizim.Media onun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Mirzəzadə müşavir TƏYİN EDİLDİ


Mirzəzadə Vüqar Yaşar oğlu 1988-ci ildə anadan olub. 

O, Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya ixtisası üzrə bakalavriat, Qlazqo Universitetində (The University of Glasgow) İdarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistratura təhsili alıb. 

V.Mirzəzadə 7 ildən çox Bank VTB (Azərbaycan) ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildə yaradılan “Analytcs.az” portalının həmtəsisçisi olub.   

2020-ci ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin rəisi vəzifəsində işləyib. 

2020-ci ilin oktyabrından 2024-cü ilin iyulunadək “Azərbaycan İnvestisiya Holdinqi”ndə Nəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO