Vüqar Mirzəzadə müşavir TƏYİN EDİLDİ

Vüqar Mirzəzadə müşavir TƏYİN EDİLDİ

Hazırda oxunan: Vüqar Mirzəzadə müşavir TƏYİN EDİLDİ

210287

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Vüqar Mirzəzadə rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib. 
 

Vüqar Mirzəzadə 1988-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində kommersiya ixtisası üzrə bakalavr, Qlazqo Universitetində idarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistr təhsili alıb. 


Bank VTB (Azərbaycan) ASC-də müxtəlif vəzifələrdə, “Azərbaycan Dəmir Yolları” QSC-də Avtomatlaşdırma və rəqəmsallaşdırma şöbəsinin rəisi vəzifəsində işləyib. 

2020-ci ildən son təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO