Dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə MÜRACİƏT

Dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə MÜRACİƏT

Hazırda oxunan: Dərsliklərin əldə edilməsi ilə bağlı valideynlərə MÜRACİƏT

210268

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yeni tədris ilinin başlanması ilə əlaqəli dərsliklərin əldə edilməsinə görə valideynlərə müraciət edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

"Yeni tədris ilinin başlamasına az qalıb. Bu məqsədlə yerli təhsili idarəetmə orqanlarına dərsliklərin təhsil müəssisələrinə paylanması ilə bağlı müvafiq tapşırıqlar verilib.
 

Tədris ili başlamadan valideynlərdən övladlarının təhsil aldığı müəssisələrə yaxınlaşaraq dərslikləri məsul şəxslərdən təhvil almaları xahiş olunur. Dərsliklərin vaxtında əldə olunması tədrisin səmərəli və fasiləsiz davam etməsi üçün vacibdir.


Valideynlər dərsliklərin təhvil alınması üçün müvafiq təhsil müəssisələri ilə əlaqə saxlayaraq proseslə bağlı əlavə məlumat əldə edə bilərlər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO