Körpəni xilas edən maşinist: “5 saniyə geciksəydim...”

Körpəni xilas edən maşinist: “5 saniyə geciksəydim...”

Hazırda oxunan: Körpəni xilas edən maşinist: “5 saniyə geciksəydim...”

210245

Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yollarının” QSC-nin maşinisti dəmir yoluna çıxan körpənin həyatını son anda xilas edib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Gəncə-Böyük Kəsik yolunda Saloğlu stansiyasının yaxınlığında baş verib.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda qatar yoluna çıxan körpə son anda xilas edildi – ANBAAN VİDEO


Belə ki, təhlükəsizlik üçün yolların diaqnostikasını aparan qatarın maşinisti körpə uşağın relslər üzərində hərəkət etdiyini görüb.  

Qatar dayandırıldıqdan sonra uşaq dəmir yolundan uzaqlaşdırılaraq yaxınlıqda olan anasına təhvil verilib.  

Valideynlə dəmir yolunda uşaqları nəzarətsiz buraxmaması barədə söhbət aparılıb. Hadisənin qəhrəmanı isə qatarın maşinisti Sahil Əhmədlidir:

“5 saniyə geciksəydim, bədbəxt hadisə baş verəcəkdi. Çox şükür ki, qatar vaxtında dayandı. Yadda saxlamaq lazımdır ki, qatarın qarşısına qəfil çıxarkən tormozlama edilsə də, qatar 1 kilometrə qədər hərəkət edə bilər. Buna görə də vətəndaşlardan, xüsusilə valideynlərdən xahiş edirik ki, dəmir yolu ətrafında ehtiyatlı olsunlar, uşaqları nəzarətsiz buraxmasınlar”.

Qeyd edək ki, bu ilin 8 ayı ADY-yə məxsus dəmir yollarında piyadaların qəfil qatar qarşısına çıxması nəticəsində 9 insanvurma hadisəsi baş verib. Nəticədə 5 nəfər vəfat edib, 4 nəfər xəsarət alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO