DYP-dən XƏBƏRDARLIQ: Ələt-Astara yolunda hərəkət 2 ay məhdudlaşdırılacaq

DYP-dən XƏBƏRDARLIQ: Ələt-Astara yolunda hərəkət 2 ay məhdudlaşdırılacaq

Hazırda oxunan: DYP-dən XƏBƏRDARLIQ: Ələt-Astara yolunda hərəkət 2 ay məhdudlaşdırılacaq

210230

Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun bir hissəsi 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. 

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 
 

Bildirilib ki, Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq: 


"Sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO