Yeni seçilən deputat Fikrət Məmmədovun qızı deyil

Yeni seçilən deputat Fikrət Məmmədovun qızı deyil

Hazırda oxunan: Yeni seçilən deputat Fikrət Məmmədovun qızı deyil

210184

Sosial şəbəkələrdə sabiq ədliyyə naziri, Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədovun qızının millət vəkili seçilməsi ilə bağlı məlumat yayılıb. Məlumatda Məmmədova Nigar Fikrət qızı keçmiş nazirin övladı olduğu qeyd edilib.

Bizim.Media xəbər verir ki, Konstitusiya Məhkəməsindən “Qafqazinfo”ya bildirilib ki, deputat seçilən Məmmədova Nigarın Fikrət Məmmədovla heç bir qohumluq əlaqəsi yoxdur.

Qeyd edək ki, Nigar Məmmədova 48 saylı Abşeron Birinci Seçki Dairəsindən deputat seçilib. O, parlamentə ilk dəfə seçilən deputatlardandır.

Xatırladaq ki, Nigar Məmmədova namizədliyi irəli sürülənədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıb.

N. Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun xanımıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO