Gəncədə mikroavtobus 6 maşına çırpılıb - FOTO

Gəncədə mikroavtobus 6 maşına çırpılıb - FOTO

Hazırda oxunan: Gəncədə mikroavtobus 6 maşına çırpılıb - FOTO

210180

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhərdə 2 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq "Niva", "Mitsubishi", "Chevrolet" və daha 3 "Hyundai" markalı minik maşınına çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.

Ərazidə qısa müddətli tıxac yaranıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, yolda hərəkət bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO