Morq vizajisti olmaq üçün XÜSUSİ TƏHSİL - Meyitləri makiyaj edən məşhur AKTRİSA kimdir?

Morq vizajisti olmaq üçün XÜSUSİ TƏHSİL - Meyitləri makiyaj edən məşhur AKTRİSA kimdir?

Hazırda oxunan: Morq vizajisti olmaq üçün XÜSUSİ TƏHSİL - Meyitləri makiyaj edən məşhur AKTRİSA kimdir?

210135

Xristianlar açıq tabutda dəfn mərasimləri təşkil edir və mərhumu yatmış kimi göstərirlər. Meyit bu mərasimə xüsusi olaraq hazırlanır. Hazırlanmaq dedikdə, ölünün yuyulmasını düşünə bilərsiz. Amma söhbət son mənzilə yola salınanda gözəl görünməsi üçün meyitin makiyajından gedir. 

Xristianlar meyiti açıq tabut mərasimi üçün makiyaj etdirirlər. Bunun üçün xüsusi morq vizajistləri var. Morq vizajistləri mərhumun makiyajını, saçını, manikür və pedikürünü edir və son səfərlərində gözəl görünmələri üçün geyindirirlər. Hətta morq vizajisti olmaq üçün xüsusi təhsil də var. 

Morq vizajistləri

Bu işə sahib olan bir çox vizajistlər var. Məsələn, Faun Monique Dellavalle iki makiyaj studiyasına sahib olan uğurlu insandır. Morqda vizajist kimi xüsusi təhsili olmasa da, makiyajda çox istedadlı olduğu üçün bu işə başlayıb. O, müsahibələrində öz təcrübələrindən danışıb. 

“Mən adətən dəri tonu, makiyaj və dırnaqlarla maraqlanıram. Saçlara qulluq etmək üçün bərbər gəlir. Ailə xüsusilə mərhumun makiyajını mənim etməmi istədikdə və ya uzun müddət davam edəcək çətin makiyaj lazım olduqda bu işi görürəm. Ölən şəxsin makiyajının tətbiqi təxminən iki saat çəkir və xüsusi məhsullardan istifadə edilməlidir. Dərini makiyaja hazırlamaq üçün dəriyə qulluq məhsulları, dırnaq boyası və yalnız bu tətbiqlər üçün xüsusi fırçalar olan ləvazimatlarım var. Hətta bir çox müxtəlif çalarları gizlədən rəng ekvalayzerim var. İnsanın dərisinin hər vəziyyətinə hazır olmaq lazımdır”.

Meyiti makiyaj etmək üçün xüsusi hazırlıq

Faun bildirir ki, makiyaj başlamazdan əvvəl işıqları tənzimləyir, makiyajın paltara bulaşmasının qarşısını almaq üçün bədəni örtüklə örtür və makiyajı elə edir ki, adam dinc yatmış kimi görünür. Faun onu da deyir ki, o, sağ ikən makiyaj edib-etmədiyini mərhumun ailəsindən öyrənir. Sonra mərhumun özünə etdiyi makiyaja bənzərini edir. O, bu peşəni qorxulu görmədiyini bildirir. O, işi ilə bağlı "Ölənləri ailələri ilə son dəfə görüşmək üçün hazırlayıram. Çətin vəziyyətlərdə ailəni diqqətdə saxlamağa çalışıram" deyir. 

Məlumat üçün qeyd edək ki, Türkiyədə çəkilən “Muhteşem Yüzyıl” serialında Hürrem Sultan rolunda oynayan Məryəm Üzerli də aktrisa olmazdan əvvəl Almaniyada morq vizajisti kimi çalışıb. 

Nuray, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO