Özbaşına ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ – “Bu fəsadlara səbəb ola bilər”

Özbaşına ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ – “Bu fəsadlara səbəb ola bilər”

Hazırda oxunan: Özbaşına ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ – “Bu fəsadlara səbəb ola bilər”

210128

Bildiyimiz kimi, həkimlə məslətləşmədən hər hansı bir dərmanın istifadəsi tövsiyyə edilmir. Ancaq  bir çox insan baş, diş və s. ağrılar zamanı həkimlə məsləhətləşmədən ağrını keçirmək məqsədilə müxtəlif növ ağrıkəsicilərdən istifadə edir. Bir müddət sonra isə bu, bir çözüm kimi görülür və hər ağrıda bu dərmanlar qəbul edilir. 

Ağrıkəsicilərin tez-tez qəbulunun nə qədər doğru olduğu isə sual doğuran məqamdır. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan farmokoloq Aydın Əliyev ilk olaraq xatırladıb ki, həkim məsləhəti olmadan dərman qəbul etmək olmaz, əks halda, bütün məsuliyyəti xəstənin özü daşıyır. 

Həkim ağrıların səbəblərindən də danışıb:

“Ağrılar müxtəlif hallardan, məsələn, iltihabın olması, mübadilənin pozulmasından və s.- dən qaynaqlana bilər.  Həkim ağrının səbəbini bildikdən sonra dərman təyin edə bilər”. 

“Ağrının müvvəqəti kəsilməsi müalicə deyil”

“Ağrıları sinir keçidimiz vasitəsilə hiss edirik. Əgər dərman ağrı kəsirsə, deməli, sinirlərə də təsir edir.  Bu təsir hərəkətləri pozur, qan hərəkətini ləngidir, damarlara təsir edir. Ağrının müvəqqəti kəsilməsi müalicə deyil. Dərmanın təsiri keçdikdən sonra yenidən başlayacaq. 
 

Məsələn, iltihab varsa, o müalicə olunmalıdır və yaxud baş ağrısı zamanı istifadə olunan dərmanlar da var. Bəlkə də o ağrı miqrendir. Miqren isə beyin damarlarının boşalmasıdır. Belə halda ağrıkəsici istifadə etmək vəziyyəti daha da çətinləşdirir, çünki ağrı dayansa belə, proses davam edir”. 


Nəticədə məlum olur ki, ağrıkəsicilər ağrını keçirsə belə, ağrının yaranma səbəbi müalicə olunmalıdır. Əks halda, proses davam etdiyi üçün ağrıkəsicidən özbaşına istifadə daha böyük fəsadlara səbəb ola bilər... 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO