Zərdabda 18 yaşlı qızın əməliyyatdan sonra ölməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Zərdabda 18 yaşlı qızın əməliyyatdan sonra ölməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Zərdabda 18 yaşlı qızın əməliyyatdan sonra ölməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA

210118

Zərdabda 18 yaşlı qız xəstəxanada əməliyyat olduqdan sonra ölüb. Belə ki, rayonun Qoruqbağı kənd sakini Aytən Qarayeva kəskin ağrılarla rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstə əməliyyat olsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı TƏBİB-dən Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 4 sentyabr 2024-cü il tarixində saat 17:00 radələrində 2005-ci il təvəllüdlü şəxs (qadın cinsli) Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib: 
 

MÖVZU İLƏ BAĞLI:

Zərdabda 18 yaşlı qız vəfat etdi


“Diaqnostik və labarotor müayinələr aparıldıqdan sonra, xəstəyə laparoskopik appendektomiya əməliyyatı icra olunub. Daha sonra xəstə qənaətbəxş vəziyyətdə Cərrahiyyə şöbəsinə köçürülüb. Bu zaman onun hemodinamik göstəriciləri norma daxilində olub. 

Saat 07:00-da xəstənin vəziyyəti anidən ağırlaşdığından dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiyon tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO