Pul yox, təcrübə qazandıran ƏMƏK – Hansı qurumların könüllülük fəaliyyəti QANUNSUZDUR?

Pul yox, təcrübə qazandıran ƏMƏK – Hansı qurumların könüllülük fəaliyyəti QANUNSUZDUR?

Hazırda oxunan: Pul yox, təcrübə qazandıran ƏMƏK – Hansı qurumların könüllülük fəaliyyəti QANUNSUZDUR?

210110

Könüllülük anlayışı son illər Azərbaycanda inkişaf etməyə başlayıb. Bir çox dövlət qurumlarında, eləcə də beynəlxalq yarış və festivallarda könüllülük proqramları təşkil edilir.

Könüllülük fəaliyyəti gənclər üçün çox önəmlidir. Bunun yaxşı tərəflərindən ağız dolusu danışmaq olar. Əsasən də xaricdə təhsil, CV üçün könüllülük fəaliyyətləri vacibdir. Bundan başqa, müxtəlif sahələrdə təcrübə toplamaq, hansı işin sənə uyğun olduğunu tapmaq, ünsiyyət bacarıqlarının inkişafı, faydalı tanışlıqlar qurmaq üçün könüllülük proqramları idealdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvanda “Z nəsli könüllülər üçün intellektual plan” layihəsinin icrasına BAŞLANILDI - FOTO


İşçi əvəzinə könüllü 

Bir sözlə, könüllülük pul qazandırmasa da, təcrübə qazandırır. Amma təəssüflər olsun ki, artıq bundan da sui-istifadə edən müəssisələr var. Məsələn, ötən günlərdə Bakı Zooloji Parkı könüllülük proqramı elan edib. Könüllülərin işi gələn qonaqları qarşılayıb, məlumatlandırmaqdır. Sonda isə sertifikatla təltif olunacaqlar. Həmin sertifikatın harada gərəkli olacağı isə maraqlıdır. Zooloji parkda bu işləri görən işçilər mütləq ki, var.  Yəni bunu hansısa könüllünün etməsi anlaşılan deyil. 

Məsələ burasındadır ki, bu cür könüllü proqramları elan edən müəssisələr çoxdur, Zooloji Park isə sadəcə bunlardan biridir.

Maraqlıdır, sözügedən konüllülük proqramları nə dərəcədə qanunidir?

Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov Bizim.Media-ya bildirib ki, bu cür könüllülük proqramı elanları qanun pozuntusudur və məcburi əmək hesab olunur. Onun sözlərinə görə, Azərbaycanda könüllük fəaliyyətindən sui-istifadə halları çoxalıb. 

“Könüllü fəaliyyət haqqında qanuna görə, kommersiya hüquqi şəxslərin könüllü fəaliyyəti həyata keçirməsinə yol verilmir. Belə edənlər qanun qarşısında məsuliyyət daşıyır. Dövlət orqanları, qeyri-kommersiya qurumları könüllü cəlb edə bilərlər. Bir şərtlə ki, onlar mütləq müqavilə bağlamış olsunlar. Burada da təəssüf ki, pozuntular var. Bəzi kommersiya qurumları başqa bir yol seçirlər. Bir QHT təsis edirlər və onun vasitəsilə könüllüləri cəlb edirlər. Bu da tamamilə qanunsuzdur, dolayı yolla işçi istismarı deməkdir”, - deyə Sahib Məmmədov əlavə edib. 

Qeyd edək ki, 2020-ci il Azərbaycanda “Könüllülər ili” kimi qeyd edilib

Nuray, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO