Şuşa teatrı bu il doğma evinə KÖÇƏCƏKMİ? – Rəsmi AÇIQLAMA

Şuşa teatrı bu il doğma evinə KÖÇƏCƏKMİ? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Şuşa teatrı bu il doğma evinə KÖÇƏCƏKMİ? – Rəsmi AÇIQLAMA

210103

151 yaşlı Azərbaycan teatrı yeni mövsümə başlayır. İncəsənət məbədi sayılan teatrlar həm paytaxtda, həm də bəzi rayonlarda fəaliyyət göstərir. Şuşa Dövlət Musiqili teatrı isə Qarabağ hadisələrindən sonra Bakıya köçürülüb. Bakıda ilk tamaşasını 1993-cü ildə nümayiş etdirən teatr 31 ildir ki, həm şuşalılara, həm də paytaxt sakinlərinə xidmət edir. 2020-ci ildə II Qarabağ müharibəsi zamanı Şuşa şəhəri işğaldan azad edildi. Rəsmi məlumatlara görə, indiyədək Şuşa şəhərində 177 ailənin (672 nəfərin) daimi məskunlaşması təmin edilib.

Bəs teatr, necə bu il Şuşada fəaliyyətini davam etdirəcəkmi?
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa teatrında tamaşa nümayişi - 73 il sonra İLK DƏFƏ 


Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Şuşa Dövlət Musiqili Teatrın icraçı direktoru Yaşar Muradov Şuşaya qayıdacaqları günü gözlədiklərini deyib:

“Çox böyük ümidlə Şuşaya qayıdacağımız günü gözləyirik. Amma biz qayıtmaqla bağlı dəqiq tarix deyə bilmirik. Ölkə başçısı nə vaxt Şuşa teatrının Şuşaya köçməsi, orada fəaliyyətini davam etdirməsi ilə bağlı qərar verəcəksə, həmin vaxt biz də böyük sevinc və qürurla köçüb, orada fəaliyyət göstərəcəyik”.

O, bu mövsümdə yeni əsərlərə də quruluş veriləcəyini qeyd edib:

“Yeni mövsüm üçün repertuarımız bəllidir. Həftə sonundan tamaşalarımız tamaşaçılara təqdim olunacaq. Bu mövsümdə yeni əsərlər də səhnələşdiriləcək. Hansıların olacağı barədə bir müddət sonra məlumat veriləcək”.

Xatırladaq ki, Şuşada ilk teatr 1938-ci ildə yaradılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə (11 may 1990) Mədəniyyət Nazirliyi tərəfindən (25 may 1990) Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib. Məlum Qarabağ hadisələrindən sonra 1992-ci ildə teatr Bakıya köçüb. 

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO