Biləsuvarda baş verən zəlzələ sakinlər tərəfindən hiss edilib – FOTO

Biləsuvarda baş verən zəlzələ sakinlər tərəfindən hiss edilib – FOTO

Hazırda oxunan: Biləsuvarda baş verən zəlzələ sakinlər tərəfindən hiss edilib – FOTO

210100

Bu gün Biləsuvarda baş verən zəlzələ sakinlər tərəfindən hiss edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yerli vaxtla saat 10:45-də Biləsuvar rayonunda 54 km dərinlikdə 4.5 maqnitudada baş verən zəlzələ xüsusi ilə hündür mərtəbəli tikililərdə hiss olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu


Qısa çəkən yeraltı təkan sonrası ilkin məlumatlara görə, hər hansı dağıntı və ya insan xəsarəti qeydə alınmayıb. Zəlzələ anı rayon sakinlərinin daha çox istirahət etdiyi mərkəzi park və çayxanalarda müşahidə edilib. 

Biləsuvar rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda da zəlzələ ilə bağlı hər hansı xəsarət faktı ilə müraciət edilmədiyi bildirilir. Həmçinin Biləsuvar Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının açıqlamasında da zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumatın daxil olmadığı haqda açıqlama verilib. 














Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO