Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinin vaxtı AÇIQLANDI

Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinin vaxtı AÇIQLANDI

Hazırda oxunan: Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinin vaxtı AÇIQLANDI

210058

Sertifikatlaşdırma prosesinin müsahibələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. 

Bu barədə Bizim.Media-ya Təhsil İnstitundan məlumat verilib. 

Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. 9 sentyabr tarixindən etibarən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq. 

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir. 

Xatırladılıb ki, test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına 35 % əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq: 

“Nəzərinizə çatdırırıq ki, 2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21883 nəfər təhsilverən iştirak edib. İştirak edən təhsilverənlərdən 21784 (99,5%) nəfəri uğur qazanıb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO