Aeroportda polisə müqavimət göstərən taksi sürücüsü həbs edildi

Aeroportda polisə müqavimət göstərən taksi sürücüsü həbs edildi

Hazırda oxunan: Aeroportda polisə müqavimət göstərən taksi sürücüsü həbs edildi

210056

Bakıda qanunsuz taksi xidməti göstərən şəxs həbs edilib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verib. 

Belə ki, polis əməkdaşları ərazidə xidmət apararkən 1966-cı il təvəllüdlü Ağdam rayon sakini V. Səfərovun “Hyundai” markalı avtomobillə taksi xidməti göstərdiyini aşkar ediblər. Taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün o, bölməyə dəvət edilib. Bu zaman V. Səfərov müqavimət göstərərək ictimai asayişi pozub. 

Saxlanılan şəxs barəsində Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. İş Xəzər Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmə sürücünün xuliqanlıq əməli törətməməsi qənaətinə gəlib. O, məcəllənin 535-ci maddəsi üzrə cəzalandırılıb və 8 sutka inzibati həbs cəzası alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO