“Şaka” narkotik satışına görə tutuldu - FOTO

“Şaka” narkotik satışına görə tutuldu - FOTO

Hazırda oxunan: “Şaka” narkotik satışına görə tutuldu - FOTO

21001

Xaçmaz rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs tutulub.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Şakir Balamətov ("Şaka" ləqəbli) yaşadığı evin yaxınlığında saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə keçirilən baxış zamanı oradan 685 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı Ş.Balamətov narkotik vasitənin ona məxsus olduğunu və rayon ərazisində satışını həyata keçirdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO