Polad Bülbüloğluya mükafat verildi

Polad Bülbüloğluya mükafat verildi

Hazırda oxunan: Polad Bülbüloğluya mükafat verildi

209966

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən təsis edilən ikinci Ermitaj Mükafatının laureatı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Tatyana Qolikova məlumat verib.

Rusiya rəsmisi mətbuat konfransında deyib:

“Xarici mədəniyyət xadimi kimi sizlərin də yaxşı tanıdığı, Sovet İttifaqının qızıl səsi, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Rusiya tərəfdən isə tanınmış ad Boris Yakovleviç Eyfman ikinci Ermitaj Mükafatının laureatlarıdır”.

Mükafatlandırma mərasimi sentyabrın 14-də Dövlət Ermitaj Muzeyində keçiriləcək.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini əlavə edib:

“Bu, adıçəkilən insanların həm Rusiya, həm də dünya mədəniyyətinin inkişafına verdiyi töhfələri vurğulamağa imkan verən çox əlamətdar mükafatdır”.

Ermitaj Mükafatı Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunun təşkilat komitəsi və Dövlət Ermitaj Muzeyi tərəfindən 2023-cü ildə təsis edilib. O, hər il Rusiyadan və xaricdən iki aparıcı mədəniyyət xadiminə mədəniyyət və incəsənət, mədəni irsin qorunması və beynəlxalq mədəni dialoqun gücləndirilməsi sahəsində nailiyyətlərinə görə verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO