Qarabağ Universitetinin tələbələrinin Xankəndiyə köçürülməsi ilə bağlı İşçi Qrup YARADILDI

Qarabağ Universitetinin tələbələrinin Xankəndiyə köçürülməsi ilə bağlı İşçi Qrup YARADILDI

Hazırda oxunan: Qarabağ Universitetinin tələbələrinin Xankəndiyə köçürülməsi ilə bağlı İşçi Qrup YARADILDI

209957

Qarabağ Universitetində təhsil alacaq tələbələrin Xankəndi şəhərinə köçürülməsi ilə bağlı müvafiq İşçi Qrup yaradılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “report.az”a universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva məlumat verib. 

Onun sözlərinə görə, hazırda tələbələrin məlumatlandırılması həyata keçirilir: 

“Tələbələrin Xankəndi şəhərinə giriş icazəsi ilə bağlı universitet tərəfindən dəstək göstəriləcək. Həmçinin universitetə yerləşmə ilə bağlı İşçi Qrupun yaratdığı votsap sosial şəbəkə platforması vasitəsilə tələbələrə, eləcə də ictimaiyyətə geniş məlumat veriləcək”. 

A.Quliyeva vurğulayıb ki, tədris öncəsi tələbələrin yerləşdirilməsi zamanı tələbə ilə birlikdə iki nəfər ailə üzvü iştirak edə bilər: 

“Tələbələrin Xankəndi şəhərinə gəlişi fərdi qaydada həyata keçirilir, lakin yataqxanalara yerləşdirilməsi və şəhər ilə tanışlığı prosesini İşçi Qrupu gerçəkləşdirəcək”. 

Qeyd edək ki, yeni tədris ilində Qarabağ Universitetində 1 104 tələbə təhsil alacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO