Maşından həmkəndlisinin üstünə tüpürdü – HƏBS EDİLDİ

Maşından həmkəndlisinin üstünə tüpürdü – HƏBS EDİLDİ

Hazırda oxunan: Maşından həmkəndlisinin üstünə tüpürdü – HƏBS EDİLDİ

209933

Astara rayonunun Rüdəkənar kəndində həmkəndlisinə qarşı qeyri-etik hərəkət edən şəxs saxlanılıb. 

Bizim.Media "qaynarinfo.az"a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Şirxan Babayev (soyad şərti - red.) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, Şirxan avtomobilini həmkəndlisi Kamilin (şərti) darvazasının qarşısında saxlayıb.

Bu zaman maşının şüşəsini aşağı endirərək, ona tərəf tüpürüb. Heç bir səbəb olmadan onu söyərək, təhqir edib. Kamil isə polisə şikayət edib. Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə 5 gün müddətində inzibati qaydada həbs edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO