"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqları sərnişinlərin istifadəsinə verib.
Bizim.Media bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.
"Hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb", - deyə məlumatda qeyd edilib.
Bizim.Media