Kürdəmirdə "Toyota" aşdı: Sürücü və sərnişin xəsarət aldı - FOTO/VİDEO

Kürdəmirdə "Toyota" aşdı: Sürücü və sərnişin xəsarət aldı - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə "Toyota" aşdı: Sürücü və sərnişin xəsarət aldı - FOTO/VİDEO

209909

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Zərdab-Mollakənd yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, "Toyota" markalı avtomaşın Zərdab rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yol kənarına aşıb.


Nəticədə avtomobildə olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.













Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO