Naxçıvanda epizootoloji monitorinqlər keçirilib - FOTO

Naxçıvanda epizootoloji monitorinqlər keçirilib - FOTO

Hazırda oxunan: Naxçıvanda epizootoloji monitorinqlər keçirilib - FOTO

209863

“Naxçıvan Muxtar Respublikasının 2024-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”na uyğun olaraq muxtar respublika ərazisində epizootoloji monitorinqlər keçirilib.

Bizim.Media xəbər verir ki, monitorinq zamanı peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi ilə bağlı iri və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülüb. 
 

Belə ki, Naxçıvan şəhəri və 7 rayon olmaqla təsadüfi seçmə üsulu ilə müəyyənləşdirilmiş ümumilikdə 41 müxtəlif yaşayış məntəqəsində (kənd, qəsəbə) 194 ailə və ya fərdi təsərrüfatda saxlanılan iri və xırdabuynuzlu heyvanlar üzərində xüsusi təhlükəli xəstəliklərə qarşı laborator müayinələr aparılıb. 


Bu məqsədlə 534 iribuynuzlu və 529 xırdabuynuzlu heyvandan qan nümunələri götürülüb, həmçinin təsərrüfatlar üzrə ümumi baxış keçirilib, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri aparılıb.

Monitorinqlər çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar respublika üzrə ümumi “Epicollect 5” proqramına daxil ediləcək.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin mütəxəssisləri iştirak ediblər. Götürülmüş qan nümunələri müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi baytarlıq laboratoriyasına göndərilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO