Bakıda xanım müştərini söyən taksi sürücüsü həbs edildi

Bakıda xanım müştərini söyən taksi sürücüsü həbs edildi

Hazırda oxunan: Bakıda xanım müştərini söyən taksi sürücüsü həbs edildi

209856

Bakıda xanım sərnişini söyən taksi sürücüsü həbs edilib.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan 1994-ci ildə Ağsuda anadan olmuş B.N. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi protokol tərtib edilib.
 

Buna səbəb onun xanım sərnişini söyməsi olub. Belə ki, sərnişin Z.B. taksi sifariş verib. Z.B. yolu yanlış izah etdiyi üçün B.N. ondan sifarişdən imtina etməsini tələb edib. Zərərçəkmiş şəxs isə buna əməl etməyib.


B.N. sərnişinin dayandığı yeri tapan zaman Z.B. onunla getməyəcəyini bildirib. Bu zaman sürücü əsəbiləşərək, müştərini söyüb.

Sərnişinin şikayəti əsasında taksi sürücüsü saxlanılıb və 5 gün müddətinə həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO