Qəbələdə “VAZ-2107” qəzaya səbəb olub. Yol-hərəkət qaydalarına riayət etməyən avtomobilin sürücüsü ötmə əməliyyatı icra edərkən digər avtomobilin qarşısına çıxıb və nəticədə zəncirvarı qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol nəqliyyat hadisəsi Qəbələ şəhər ərazisində baş verib.
İlkin məlumatlara görə, "VAZ-2107" markalı minik avtomobilinin sürücüsünün ötmə əməliyyatı zamanı kobud səhvə yol verməsi digər iki avtomobillər - "Great Wall" və "Volkswagen"nin qəzaya düşməsi ilə nəticələnib.
Qəza zamanı VAZ-2107-də olan qadın sərnişin bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər qadına ilkin tibbi yardım göstəriblər.
Hadisənin baş verdiyi yolda bir müddət nəqliyyatın hərəkətində məhdudiyyət yaransa da sonradan qəzaya düşən avtomobillər yoldan kənarlaşdırılıb və hərəkət bərpa olunub.
Qəzanın başvermə təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu