Xaçmazda ötən gün güclü küləkdən sonra bərbad vəziyyətə düşən elektrik sistemindəki problem aradan qaldırılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, küləyin dağıtdığı elektrik xətləri tam bərpa olunub və yaşayış məntəqələrinə saat 18:40-da elektrik enerjisinin verilişi bərpa edilib.
MÖVZU İLƏ BAĞLI:
Şimal bölgəsində güclü külək fəsadlar törətdi: Yanğın təhlükəsi var – VİDEO
Azərişıq ASC-nin Xaçmaz regional elektrik şəbəkəsinin məlumatına görə, onlarla ağacın aşması ilə zədələnən elektrik enerjisi xətlərindəki problem aradan qaldırılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu