Nizami küçəsində təmir işləri aparılır - VİDEO

Nizami küçəsində təmir işləri aparılır - VİDEO

Hazırda oxunan: Nizami küçəsində təmir işləri aparılır - VİDEO

209802

Bakının Səbail rayonu, Nizami küçəsində təmir işləri aparılır. 

Bizim.Media Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, təmir işləri hazırda sözügedən küçənin Kövkəb Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsində aparılır. Bu səbəbdən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib. 

Aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, hazırda küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. 

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də aparılacaq. 

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO