Bakıda 3D piyada zolaqları YARADILACAQ? – MÜHÜM AÇIQLAMA

Bakıda 3D piyada zolaqları YARADILACAQ? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Bakıda 3D piyada zolaqları YARADILACAQ? – MÜHÜM AÇIQLAMA

209791

Ötən gün Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumatda bildirilib ki, bəzi sürücülər yüksək sürətlə avtomobili idarə etməklə yanaşı, qarşıda piyada keçidinin olduğunu bildirən nişanlara da diqqət etmirlər. Təəssüflər olsun ki, belə olduğu təqdirdə bəzən keçiddən istifadə edən piyadaları avtomobil vurur

Bəs, belə xoşagəlməz hallardan necə sığortalanmaq olar?
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yeni piyada zolağı yaradıldı - FƏRQLİ FORMADA - FOTO 


Bu məsələ ilə bağlı beynəlxalq təcrübədə xeyli tətbiqlər, həllər var. Məsələn, bir çox ölkələrdə piyada zolaqlarında 3D formatından istifadə edilir. Yolda xüsusi texnika ilə 3D piyada keçidi zolaqları çəkilərək sürücülər üçün 3D illüziya yaradılır. Piyada keçidi yoldan hündür görünür və sürücülərin diqqətini cəlb edərək sürətlərini azaltmağa səbəb olur. Hazırda ABŞ, Böyük Britaniyada, Fransada, İslandiyada və bir çox ölkələrdə, hətta Gürcüstanda 3D piyada keçidi zolaqlarından  istifadə edilir.

Azərbaycanda 3D zolaqlardan istifadə edilə bilərmi?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, 3D piyada zolaqlarından əsasən əhalisi az olan şəhərlərdə istifadə edilir:

“Belə layihələr əsasən sənaye tipli olmayan, turizm şəhərləri üçün daha xarakterikdir. Lakin Bakı sənaye tipli şəhərlər sinfinə aiddir. Yəni ölkənin sosial-iqtisadi yükü əsasən Bakının üzərinə düşür. Amma bu o demək deyil ki, biz bu tətbiqdən istifadə edə bilmərik. Paytaxtın mərkəzi küçələrində, piyadaların çox hərəkət etdiyi ərazilərdə bu metoddan istifadə etmək olar. 

Bu tətbiqin üstünlüyü ondadır ki, belə zolaqlarda piyadaların hərəkəti daha təhlükəsizdir. Sürücülər 3D-nin yaratdığı assosasiyaya qarşı daha tez reaksiya verirlər. Ona görə də belə innovasiyaların tətbiqi vacibdir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO