Murovdağ tuneli dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq - FOTO

Murovdağ tuneli dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq - FOTO

Hazırda oxunan: Murovdağ tuneli dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq - FOTO

209779

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 100, yeni yolun uzunluğu isə 82 kilometrdir. Yol birinci və ikinci texniki dərəcəyə uyğun olaraq tikilməkdədir. Yolda artıq bir sıra işlər tamamlanıb.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qarabağ layihələri üzrə mühəndisi Əyyub Hüseynov deyib.

Onun sözlərinə görə, yolun 34,9-35,4 kilometrliyindəki tunelin uzunluğu 500, hərəkət hissəsinin eni isə 8 metrdir. Layihə üzrə yolboyu ümumi uzunluğu 2968 metr olan 6 qovşaq yenidən qurulub. Ümumi uzunluğu 5600 metr olan 36 bağlantı yolunun tikintisi də icra edilməkdədir.

Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu Toğanalı-Kəlbəcər hissəsində 56 kilometr, Kəlbəcər-İstisu hissəsində isə 26 kilometr təşkil edir.

Toğanalı-Kəlbəcər yolunun 13-cü kilometrliyindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən 3260 metrə qədər artır. Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 10 metr enində olacaq. Bundan əlavə 561,2 metr, 626,9 metr, 500 metr və 947,9 metr uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir. Uzunluğu 23,4 kilometr olacaq Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir. Layihə üzrə tikiləcək tunellərin ümumi uzunluğu isə 26 kilometrdir. Bundan əlavə, yol oxu çətin relyef və çay yatağı boyu davam etdiyi üçün yamacbərkitmə işləri, istinad divarları və mühəndisi qurğuların inşası nəzərdə tutulub. Bu məqsədlə 69 kilometr uzunluğunda sintetik tordan istifadə etməklə yamacbərkitmə işləri, 40 kilometrə yaxın daş divar tikintisi yekunlaşıb. Ümumilikdə, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 67,5 faizi tamamlanıb.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Beləliklə, bu yol bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO