"Mercedes" almaq istəyən müəllimin 234 min manatını ələ keçirdilər – FOTO

"Mercedes" almaq istəyən müəllimin 234 min manatını ələ keçirdilər – FOTO

Hazırda oxunan: "Mercedes" almaq istəyən müəllimin 234 min manatını ələ keçirdilər – FOTO

209755

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Əliyev Nihad Raiq oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib. 

Bizim.Media “unikal.az”a istinadən xəbər verir ki, İclasda dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib. 

Məlum olub ki, Nihad Əliyev tanışı Tamam Nəbiyevaya Amerikadan hərrac yolu ilə 2018-ci il markalı "Mercedes" markalı avtomobil gətirmək adı ilə onun Yasamal rayonunda yerləşən 161 min manatlıq mənzilini Abbasov Qabil Yasin oğluna notarius yolu ilə 110 min manata sataraq pulu götürüb.

Ümumilikdə Tamam Nəbiyevanın bank kartından göndərilən məbləğlərlə birgə 234 min 461 manat pulunu tamah niyəti ilə ələ keçirib. Təqsirləndirilən şəxs Nihad Əliyev hakimin "özünüzü bu işdə təqsirli bilirsiz?" sualına cavab verməyib və halının pis olması ilə əlaqədar məhkəmə prosesinin təxirə salınmasını istəyib. Məhkəmə prosesi 17 sentyabr tarixinə kimi təxirə salınıb. Qeyd edək ki, Nihad Əliyevin atası Raiq Əliyev ARDNŞ-nin Neft Kəmərləri İdarəsində, əmisi Natiq Əliyev isə Dövlət Vergi Xidmətində vəzifəli şəxsdir. Zərərçəkən Tamam İsmayıl qızı Nəbiyeva isə Səbail rayon 219 nömrəli evdə təhsil tam orta məktəbin müəllimidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO