Azərbaycanda 4 nəfər sirkə turşusundan zəhərlənərək dünyasını dəyişdi

Azərbaycanda 4 nəfər sirkə turşusundan zəhərlənərək dünyasını dəyişdi

Hazırda oxunan: Azərbaycanda 4 nəfər sirkə turşusundan zəhərlənərək dünyasını dəyişdi

209754

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 103 nəfər qəbul edilib. 

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir. 

Həmçinin, 16 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib. 

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib. 

Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO