DİN əməliyyat keçirdi: 3 nəfər saxlanıldı - FOTO

DİN əməliyyat keçirdi: 3 nəfər saxlanıldı - FOTO

Hazırda oxunan: DİN əməliyyat keçirdi: 3 nəfər saxlanıldı - FOTO

209749

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklə Mübarizə İdarəsi əməliyyat keçirib, 38 kiloqram narkotik dövriyyədən çıxarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə  DİN-in Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, keçirilən məliyyatlarla mütəşəkkil dəstə üzvləri əvvəllər dəfələrlə məhkum olunmuşlar Elçin Həmzəyev, Hüseyn Fətullayev və tanışı Seyfət Pənahov saxlanılıblar. Məlumata görə, onların üzərindən və avtomobillərindən 38 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və tiryək aşkarlanıb. 

"Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar. Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib. E.Həmzəyev, H.Fətullayev və tanışı S.Pənahovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO