Azərbaycanda təhsil alan xarici tələbələrdən dil sertifikatı TƏLƏB OLUNUR?

Azərbaycanda təhsil alan xarici tələbələrdən dil sertifikatı TƏLƏB OLUNUR?

Hazırda oxunan: Azərbaycanda təhsil alan xarici tələbələrdən dil sertifikatı TƏLƏB OLUNUR?

209745

Xarici ölkələrdə təhsil almaq istəyərkən əsas tələblərdən  biri də dil bilgisi olur. Bir çox ölkələrdə ana dilini bilməyəndə bir il əlavə oxuyub öyrənmək məcburidir. Azərbaycanda da təhsil alan bir çox əcnəbilər var. 

Bəs Azərbaycan dili ölkəmizdə təhsil almaq istəyənlərə əsas tələb kimi qoyulurmu? 

Təhsil eksperti Elmin Nuri Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda bir neçə universitetdə əcnəbi tələbələrdən dil sertifikatı tələb olunur: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda təhsil alan əcnəbilərin SAYI AÇIQLANDI 


“Həmin dil sertifikatını almaq üçün bir il oxumaq lazımdır. Amma tələb olunan dil seritifikatı tədris dilinə aiddir. Üstəlik bu məcburi deyil, amma arzuolunandır. 

Lakin dil sertifikatı olmayanda güzəştlər olur. Mən buna pis baxmıram. Dünyanın bir çox universitetlərində əcnəbiləri cəlb etmək üçün bəzi güzəştlər tətbiq edirlər. Ölkəmizə nə qədər tələbə gələrsə, o qədər xeyrimizədir. Həm də bu universitetin reytinq cədvəlindəki yeri üçün də önəmlidir. Təəssüflər olsun ki, Azərbaycanda əcnəbi tələbələrin sayı çox azdır. Hələ ötən il əcnəbi tələbələrin sayı 10 000 nəfərə çatıb. Gələnlərin də çoxu Türkiyədəndir, yerdə qalanı Güney Azərbaycandan olan soydaşlarımızdır. Əgər dil tələbi məcburi olsa, bu say çox azala bilər”.


Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO