Bakıda sürücülərin başına oyun açan parklanma nişanları - VİDEO

Bakıda sürücülərin başına oyun açan parklanma nişanları - VİDEO

Hazırda oxunan: Bakıda sürücülərin başına oyun açan parklanma nişanları - VİDEO

209738

Paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində parklanma ərazisində avtobus dayanacağı nişanı quraşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baku TV-yə şikayətçi müraciət edib.

Onun sözlərinə görə, avtomobilini sözügedən ərazidə saxladıqdan sonra əraziyə yol nişanının qoyulduğunu bilib. Həmin şəxs işarənin qoyulmasından sonra ona yol polisi tərəfindən cərimə yazıldığını deyib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, sözügedən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkəti nəzərdə tutulan dayanacaq meydançası və həmin dayanacaq meydançasını bildirən yol nişanı və nişanlanma xətti mövcuddur: 

“Bu kimi qayda pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir”.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO