Xaçmazda 25-dən çox yaşayış məntəqəsi işıqsız qalıb

Xaçmazda 25-dən çox yaşayış məntəqəsi işıqsız qalıb

Hazırda oxunan: Xaçmazda 25-dən çox yaşayış məntəqəsi işıqsız qalıb

209726

Xaçmazda artıq bir sutkaya yaxındır ki, əksər kəndlərdə işıq yoxdur. Güclü külək səbəbindən qırılan elektrik xətlərini bərpa etmək hələ də mümkün  olmayıb.

Bizim.Media xəbər verir ki, rayonun 25-dən çox yaşayış məntəqəsi hələ də işıqsız qalıb.

Rayonun Dədəli, Bostançı, Palıdlı, Sibiroba, Nağıoba və digər kəndlərində ötən gün səhər sönən işıq hələ də bərpa edilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Güclü külək Xaçmazı işıqsız qoydu – FOTO/VİDEO


Xaçnaz İH-dən güclü küləyin ciddi fəsadlar törətdiyi bildirilib.

Qeyd olunub ki, "Azərişıq" ASC Sumqayıtdan Xaçmazda baş verən fəsadları aradan qaldırmaq üçün qəza briqadası göndərib.

Qurumun mətbuat katibi Vaqif Aydınoğlu Xaçmazda güclü qasırğadan sonra enerji təminatında ciddi problem yaşandığını deyib.

Bildirib ki, külək onlarla ağacı elektrik xətlərinun üstünə aşırıb, xətlər qırılıb və hazırda bərpa işləri gedir.

Onun sözlərinə görə, "Azərişığ"ın Xaçmaz və Xudat şəbəkələri səhərədək gücləndirilmiş rejimdə işləyib, müəyyən hissə bərpa olunub və proses davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO