Ağsuda şəxs ev təmir etmək adı ilə dələduzluq etdi - Saxlanıldı – FOTO

Ağsuda şəxs ev təmir etmək adı ilə dələduzluq etdi - Saxlanıldı – FOTO

Hazırda oxunan: Ağsuda şəxs ev təmir etmək adı ilə dələduzluq etdi - Saxlanıldı – FOTO

209725

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı dələduzluq etməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Vüsal Mehraliyev saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, həmin şəxs zərərçəkənləri ev təmiri və digər vədlərlə aldadaraq onların pul vəsaitlərini ələ keçirib. 

Araşdırmalarla onun paytaxt və bölgələrdə daha bir neçə vətəndaşa qarşı analoji əməllər etdiyi məlum olub. 

V.Mehraliyev dələduzluq etdiyi şəxslərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib. 

Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO