Lənkəranda yol qəzası: İki nəfər xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası: İki nəfər xəsarət alıb - FOTO

Hazırda oxunan: Lənkəranda yol qəzası: İki nəfər xəsarət alıb - FOTO

209716

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib. Hadisə  gecə saatlarında köhnə Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Toyota Prius" markalı minik avtomobili "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub. 
 

Qəza nəticəsində iki nəfər Lənkəran rayonunun Liman şəhər sakini 1982-ci il təvəllüdlü Rəşad Mirzağa oğlu Seyfullayev və Lənkəran rayonunun Göyşaban kənd sakini 1994-cü il təvəllüdlü Anar Tərlan oğlu Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.


Hazırda onların müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO