Şahbuz və Kəngərlidə yanğınlar olub - FOTO

Şahbuz və Kəngərlidə yanğınlar olub - FOTO

Hazırda oxunan: Şahbuz və Kəngərlidə yanğınlar olub - FOTO

209708

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Daylaqlı kəndində həyətyanı sahədə, Kəngərli rayon Yurdçu kəndində isə ot bağlamalarında yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məlumatlarla əlaqədar dərhal Şahbuz və Kəngərli Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.
 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Şahbuz rayonunda yanğın hadisəsi nəticəsində 20 kvadratmetr quru otluq sahə yanıb, 580 kvadratmetr sahə yanğından mühafizə olunub.

Kəngərli rayonunda isə 2040 kiloqram ot bağlaması və tayanın üzərinə qurulan 42 kvadratmetr sahəsi olan çardağın yanar konstruksiyaları yanıb, 510 kiloqram ot bağlaması isə yanğından mühafizə olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO