4 saylı Dərin Dəniz Özülündə yanğın olub - Ölən var

4 saylı Dərin Dəniz Özülündə yanğın olub - Ölən var

Hazırda oxunan: 4 saylı Dərin Dəniz Özülündə yanğın olub - Ölən var

209694

Sentyabrın 2-də “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-nin 4 saylı dərin dəniz özülündə yanğın qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azneft” İB məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.

Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO