Ölkəyə qayıdan zəvvarlar Naxçıvanda ilişib qaldılar - Sərnişinlər şikayətçidirlər - VİDEO

Ölkəyə qayıdan zəvvarlar Naxçıvanda ilişib qaldılar - Sərnişinlər şikayətçidirlər - VİDEO

Hazırda oxunan: Ölkəyə qayıdan zəvvarlar Naxçıvanda ilişib qaldılar - Sərnişinlər şikayətçidirlər - VİDEO

209690

Zəvvarların ölkəyə qayıtması ilə əlaqədar sərnişinlər Naxçıvan Beynəlxalq Hava Limanında problemlə üzləşiblər. 

Bizim.Media xəbər verir ki, onlar Bakıya gəlmək üçün bilet tapmaqda çətinlik çəkirlər.

"Gah yerdə, gah da bayırda yatırıq. Xəstə adamam, uşaqla burada qalmışıq. Bura həmişə belədir. Hər dəfə Naxçıvana gələndə hava limanında üç-dörd gün yatırıq", - deyə sərnişin narazılığını bildirib.

Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildirilib ki, Naxçıvan-Bakı marşrutu üzrə intensiv uçuş qrafikinə baxmayaraq, AZAL sərnişinlərin Naxçıvandan Bakıya çatdırılması üçün bütün lazımi tədbirləri görür:

"Aviaşirkət planlaşdırılan uçuş cədvəlindən kənar zəvvarların paytaxta gəlməsi üçün bu gün üç əlavə reys yerinə yetirəcək. Sabah da üç əlavə reys ayrılıb ki, bu da sərnişinlərin Bakıya çatdırılmasını sürətləndirməyə imkan verəcək".

Ətraflı Baku TV-nin süjetində:




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO