Şəkidə qaz xəttini təmir edən ustanın əlləri YANDI

Şəkidə qaz xəttini təmir edən ustanın əlləri YANDI

Hazırda oxunan: Şəkidə qaz xəttini təmir edən ustanın əlləri YANDI

209687

Şəkidə qaz xəttini təmir edən ustanın əlləri yanıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Şəki şəhəri Şərbablar küçəsində baş verib.
 

Şəki şəhər Qaz İstismar İdarəsində usta kimi çalışan rayon sakini 1985-ci il təvəllüdlü Elşən Rüfət oğlu Paşayev ərazidən keçən 50 mm-lik dəmir qaz xəttində təmir işləri aparan zaman qaz xəttində qəfildən yanğın baş verib.


Yanğın zamanı E. Paşayev hər iki əlindən termik yanıq xəsarəti alıb.

E. Paşayev əraziyə çağrılmış Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının ambulansı ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO