Xaçmazda güclü külək fəsadlar törədib, 30 kənd işıqsız qalıb

Xaçmazda güclü külək fəsadlar törədib, 30 kənd işıqsız qalıb

Hazırda oxunan: Xaçmazda güclü külək fəsadlar törədib, 30 kənd işıqsız qalıb

209685

Xaçmaz rayonunda artıq 10 saatdan artıqdır ki, elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü külək elektrik xəttlərini qırıb, ağaclar xəttlərin üstünə aşıb.

Rayonun 30 kəndi hazırda zülmətə bürünüb.

Azərişıq ASC-nin Xaçmaz və Xudat elektik şəbəkələrinin qəza briqadası və işçi heyəti fəsadların aradan qaldırılması ilə məşğuldur.

Bərpa edilən xəttləri güclü külək  yenidən dağıtdığından enerji verilişi tam bərpa olunmur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO