Paytaxtda daha 106 kilometr avtobus zolağının təşkili nəzərdə tutulub

Paytaxtda daha 106 kilometr avtobus zolağının təşkili nəzərdə tutulub

Hazırda oxunan: Paytaxtda daha 106 kilometr avtobus zolağının təşkili nəzərdə tutulub

209681

Bakı şəhərində yeni avtobus zolaqları şəbəkəsinin tətbiqi çərçivəsində hazırda paytaxtın 26 küçə və prospektində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolağı təşkil edilib.

AYNA-dan Bizim.Media-ya bildirilib ki, müxtəlif ərazilərdə təşkil edilmiş bu zolaqlarla gün ərzində 67 232 dəfə avtobus hərəkət edir, 898 550 ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.

Bu gün avtobuslarla 1 215 681 sərnişinin daşınması həyata keçirilir. Ötən illə müqayisədə marşrut xətləri üzrə avtobusla sərnişindaşımada 7 faiz artım müşahidə edilir.
 

Yeni avtobus zolaqları şəbəkəsi şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə hazırlanan yeni marşrut şəbəkəsi ilə birlikdə tətbiq edilir. 


Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə daha 106 km avtobus zolaqları şəbəkəsinin təşkili nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO