Dünyanı velosipedi ilə gəzən yapon turist Salyanda – FOTO

Dünyanı velosipedi ilə gəzən yapon turist Salyanda – FOTO

Hazırda oxunan: Dünyanı velosipedi ilə gəzən yapon turist Salyanda – FOTO

209657

Uzaq Şərqdən Yaxın Şərqə gedən yaponiyalı turistin növbəti dayanacağı Salyan olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Köhnə Ələt-Astara yolunun Salyan rayonu istiqamətində səfərini davam etdirən Tatia adlı turistin sözlərinə görə o, buradan İran vasitəsi ilə digər Şərq ölkələrinə yönəlmək fikrindədir.

Laos, Vyetnam, Banqladeş kimi ölkələri keçərək Azərbaycandan keçməklə Yaxın Şərq ölkələrini görmək istəyən turist gecələri əsasən yol çadırında qalıb istirahət etdiyini bildirib. Yolboyu imkan düşdükcə elə bizim də ölkəmizin müxtəlif təbii və mədəniyyət abidələri, dağları, çayları və gözəl mənzərələri ilə tanış olur. Velosipedinin spidometrinə görə o, artıq 10 min 496 kilometr yol qət edib.

Veloturist bu səfərinin siyasi məqsədli olduğunu da gizlətmir. Deyir ki, Yaxın Şərqə aparan yollar həmişə dünyanın marağında olub. Azərbaycan da bu yolun qapılarındandır.









Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO