Şəhidimizin qardaşı Ali məclisə seçkilərdə lider namizəddir

Şəhidimizin qardaşı Ali məclisə seçkilərdə lider namizəddir

Hazırda oxunan: Şəhidimizin qardaşı Ali məclisə seçkilərdə lider namizəddir

209652

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputatlığa namizəd olan şəxslərdən biri də şəhid kapitan Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədovdur.

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, 22 saylı Şıxmahmud seçki dairəsində lider namizəddir.

Toğrul Səyyad oğlu Məmmədov 1988-ci il iyulun 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olub.

2012-ci ildə baş leytenant hərbi rütbəsinə layiq görülən T. Məmmədov 2016-cı il “Aprel döyüşləri”ndə iştirak edib. T. Məmmədov 2016-cı il iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO