Bakıda maskalı şəxslər 7 marketi taladı - ANBAAN VİDEO/FOTO

Bakıda maskalı şəxslər 7 marketi taladı - ANBAAN VİDEO/FOTO

Hazırda oxunan: Bakıda maskalı şəxslər 7 marketi taladı - ANBAAN VİDEO/FOTO

209614

Paytaxtın Suraxanı rayonu və digər ərazilərində silsilə oğurluq hadisələri qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə hazırladıqları xüsusi maskalarla kamuflyaj olunaraq 7 marketi talayıblar. Onlar həmin marketlərdən 2 min manatdan artıq nağd pul, 12 min manat dəyərində tütün məmulatları və ödəmə terminallarından 27000 manata yaxın maddi vəsait ələ keçiriblər. Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qabaqcadan əlbir olaraq qeyd edilən cinayət əməllərini törədən şəxslər - 2000-ci il təvəllüdlü Rəhman Məhərrəmov və 1975-ci il təvəllüdlü Cəbrayıl Bağırov saxlanılıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Məhərrəmov və C.Bağırovun analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO