Naxçıvanda ən yüksək səsi şəhid anası topladı – FOTO

Naxçıvanda ən yüksək səsi şəhid anası topladı – FOTO

Hazırda oxunan: Naxçıvanda ən yüksək səsi şəhid anası topladı – FOTO

209601

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin dairələr üzrə lider namizədlərini açıqlayıb.

Bizim.Media "Şərq qapısı"na istinadən xəbər verir ki, onların arasında ən yüksək səs toplayan 34 saylı Şahbuz şəhər seçki dairəsindən namizəd Rüstəmova Gülşad Qəzənfər qızıdır. Belə ki, namizəd 75,28% səs toplayıb.

Tibbi bacısı işləyən G. Rüstəmova şəhid Emin Sadiqovun anasıdır. Hərbçimiz 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Digər ən yüksək səs faizi toplayanlar isə Məmmədov Bəxtiyar İbrahim oğlu (74,38), Abdullayev Qəzənfər İsmayıl oğlu (74,09) və Bayramov Mübariz Novruz oğludur (74,07).



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO