Bakıda DƏHŞƏT: “Prius” piyada keçidində qızın üstündən keçdi – ANBAAN VİDEO

Bakıda DƏHŞƏT: “Prius” piyada keçidində qızın üstündən keçdi – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda DƏHŞƏT: “Prius” piyada keçidində qızın üstündən keçdi – ANBAAN VİDEO

209584

Aparılan maarifləndirmə və praktiki tədbirlər nəticəsində paytaxt ərazisində piyadaların çox hissəsinin piyada keçidlərindən keçməsinə baxmayaraq, bəzi sürücülər ya onlara yol vermir, ya da qəza şəraiti yaradırlar.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, təhlillər göstərir ki, bu cür sürücülər yüksək sürətlə avtomobili idarə etməklə yanaşı, qarşıda piyada keçidinin olduğunu bildirən nişanlara da diqqət etmirlər. Təəssüflər olsun ki, belə olduğu təqdirdə bəzən keçiddən istifadə edən piyadaları avtomobil vurur. Müşahidə kameralarının qeydə aldığı iki yol-nəqliyyat hadisəsi bir neçə gün əvvəl Nəsimi rayonu, Səməd Vurğun küçəsi, "Zabitlər" parkının qarşısında və Səbail rayonu, Bünyad Sərdarov və Lermontov küçələrinin kəsişməsində baş verib. Həm sürücülərə, həm də piyadalara müraciət edərək bildiririk ki, sürücülər ilk növbədə sürət həddinə əməl etməklə yanaşı, qarşıda piyada keçidlərinin olduğunu bildirən nişanlara diqqət yetirməli, piyadaların keçiddən tam keçdiyinə əmin olduqdan sonra yollarına davam etməlidirlər. Piyadalara gəldikdə isə tövsiyə edirik ki, keçidlərə yaxınlaşdıqda nəqliyyat vasitələrinin onlara yol verməsinə əmin olduqda, bir sözlə yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra yolu keçsinlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO