Helikopter qəzasında ölənlərin hamısının cəsədi tapıldı

Helikopter qəzasında ölənlərin hamısının cəsədi tapıldı

Hazırda oxunan: Helikopter qəzasında ölənlərin hamısının cəsədi tapıldı

209564

Kamçatkada Mi-8 helikopterinin qəzaya uğradığı yerdə axtarış-xilasetmə işləri yekunlaşıb. Qəzada həlak olanların hamısının cəsədləri tapılaraq məhkəmə-tibb ekspertlərinə təhvil verilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat regionun fövqəladə hallar idarəsi tərəfindən yayılıb. Xilasedicilərin hadisə yerini tərk etdiyi bildirilir.

Sentyabrın 3-ü Kamçatkada matəm günü elan edilib. Artıq həlak olanların yaxınları yarımadaya gəlməyə başlayıb.

Xatırladaq ki, “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopteri avqustun 31-də Kamçatkada radarlardan itmişdi. İlkin məlumata görə, qəza anında helikopterin göyərtəsində 22 nəfər olub. Qəzanın pis hava şəraitində pilot səhvi ucbatından baş verdiyi ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO